Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Qartal” tikinti şirkəti SDU tələbələri üçün təqaüd və təcrübə imkanları yaradıb
Yerləşdirilmə tarixi : 03 Dekabr 2025 16:33
“Qartal” tikinti şirkəti SDU tələbələri üçün təqaüd və təcrübə imkanları yaradıb

 Dekabrın 2-də universitet–sənaye əməkdaşlığının gücləndirilməsi istiqamətində Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə “Qartal” tikinti şirkətində olublar. Görüş zamanı “Qartal” şirkətinin rəhbəri və təsisçisi Şahin Məmmədov Mühəndislik fakültəsinin tələbələrinə təqaüd təqdim edib. Təqaüd proqramına seçilmiş tələbələr imtahan və müsahibə mərhələləri əsasında müəyyən edilib ki, bu da bilik və bacarıqların obyektiv qiymətləndirilməsinə şərait yaradıb. Bununla yanaşı, şirkət tələbələrin müəssisədə istehsalat təcrübəsi keçməsini təmin edib. Tələbələr “Qartal” şirkətinin fəaliyyət istiqamətləri, layihə idarəetməsi, tikinti sektorundakı innovativ yanaşmalar və kadr inkişafı strategiyaları barədə məlumatlandırılıblar. Görüşün sonunda tələbələr göstərilən diqqətə və yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az