SDU və Atırau Universitetinin birgə müştərək dərsi keçirilib
Dekabrın 4-də Sumqayıt Dövlət Universitetinin Riyazi analiz və diferensial tənliklər kafedrası ilə Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Universitetinin Riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının birgə təşəbbüsü ilə Riyaziyyat fakültəsində müştərək dərs keçirilib. Tədbiri Riyazi analiz və diferensial tənliklər kafedrasının müdiri, dosent Xəyalə Seyfullayeva açaraq qonaqları salamlayıb və iki universitet arasında qurulan elmi-pedaqoji əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Sonra Atırau Universitetinin Riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının professoru, texnika elmləri namizədi Aygül Mırzaşeva və Sumqayıt Dövlət Universitetinin Riyazi analiz və diferensial tənliklər kafedrasının müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Leyla Nəsirova tələbələrə birgə dərs təqdim ediblər. Onlar Jeqalnin çoxhədlisinin qurulmasının dörd üsulunu növbəli şəkildə izah edərək, mövzunun daha dərindən mənimsənilməsi üçün interaktiv müzakirələr aparıblar. Tədris Metodiki Mərkəzin direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elnarə Məmmədova çıxışında dərsin yüksək peşəkarlıqla təşkil olunduğunu qeyd edib, belə müştərək təşəbbüslərin tələbələrin elmi dünyagörüşünə və dərs motivasiyasına böyük töhfə verdiyini bildirib. Tədbirin sonunda Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova təşkilatçılara və qonaq müəllimlərə təşəkkürünü bildirərək bu uğurlu əməkdaşlığın davamlı olmasını arzulayıb.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg
)
.jpg)
.jpg)
.jpg)
.jpg
)
.jpg)