Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti “UI GreenMetric 2025” Beynəlxalq Reytinqində yer alıb
Yerləşdirilmə tarixi : 09 Dekabr 2025 15:56
Sumqayıt Dövlət Universiteti “UI GreenMetric 2025” Beynəlxalq Reytinqində yer alıb
 Sumqayıt Dövlət Universiteti (SDU) dayanıqlılıq sahəsində həyata keçirdiyi ardıcıl fəaliyyətlərin nəticəsi olaraq “UI GreenMetric 2025” beynəlxalq reytinqində 1129-cu pillədə qərarlaşıb. Universitet 4712 bal toplayaraq ötən illə müqayisədə göstəricilərini 500 bal artırıb. Bu yüksəliş SDU-nun ekoloji dayanıqlılıq və yaşıl kampus istiqamətində həyata keçirdiyi layihə və təşəbbüslərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. “UI GreenMetric” reytinqi dünyanın ali təhsil müəssisələrini kampus infrastrukturu, enerji və iqlim dəyişikliyi, tullantıların idarə edilməsi, su ehtiyatlarının səmərəli istifadəsi, yaşıl nəqliyyat və davamlı təhsil-tədqiqat fəaliyyəti üzrə qiymətləndirən ilk qlobal sistemdir. Reytinq 6 əsas kateqoriya üzrə 51 indikator əsasında ümumi bal təyin edir. 2025-ci il reytinqində Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiya üzrə ümumilikdə 105 ölkədən 1745 universitet yer alıb. Azərbaycandan reytinqə daxil olan 19 universitet arasında Sumqayıt Dövlət Universiteti 12-ci yerdə qərarlaşıb və dayanıqlılıq yönümlü fəaliyyətləri ilə seçilib. Kateqoriyalar üzrə nəticələr SDU-nun mövqelərini daha da gücləndirib. Belə ki, İnfrastruktur sahəsində ölkə üzrə 5-ci, Enerji və İqlim dəyişikliyi kateqoriyasında isə 8-ci yerə layiq görülüb.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az