Sumqayıt Dövlət Universitetinin fakültələrində Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültə dekanları çıxışlarında Heydər Əliyevin həm sovet dönəmində respublikamıza rəhbərlik etdiyi illərdə, həm də müstəqillik illərində Prezident kimi Azərbaycanın inkişafında oynadığı mühüm roldan bəhs ediblər. Qeyd ediblər ki, Ulu Öndərin elmə, təhsilə və ziyalılara göstərdiyi diqqət onun dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən biri olub. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ilk görüşünü Elmlər Akademiyasında ziyalılarla keçirməsi də bu münasibətin bariz nümunəsidir. Natiqlər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik ənənələrinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Qeyd olunub ki, Prezidentin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər isə bu siyasi xəttin mühüm nəticələrindən biridir. Sonda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirilib.
.jpg)
.jpg)
