Sumqayıt Dövlət Universitetində (SDU) 2025/2026-cı tədris ilinin yaz semestri üçün əcnəbilərin sənəd qəbulu başladı
Sumqayıt Dövlət Universiteti 2025/2026-cı tədris ili üçün 6 aylıq hazırlıq kursunda təhsil almaq istəyən əcnəbi vətəndaşların qəbuluna start verdi.
Əcnəbi vətəndaşlar SDU-da təhsil almaq üçün https://portal.edu.az/ rəsmi elektron platformasında qeydiyyatdan keçməlidirlər.
Müraciətçi tərəfindən portal üzərindən aşağıdakı sənədlərin skan olunmuş surəti əlavə edilir:
· Xarici pasportun surəti (pasportun etibarlılıq müddəti azı 1 il olmalıdır);
· Sağlamlıq haqqında arayış, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması barədə müvafiq tibbi sənəd;
· Əvvəlki təhsil haqqında sənəd və əlavəsinin surəti (xarici ölkədə əldə olunmuş sənədlər üçün apostil və notariat qaydasında Azərbaycan dilinə tərcümə tələb olunur);
İxtisaslar və təhsil haqqı ödənişləri barədə ətraflı: https://www.sdu.edu.az/az/6539
Qeyd: 6 aylıq hazırlıq kursu üçün təhsil haqqı 500 dollar təşkil edir.
Portalda qeydiyyatdan keçmək üçün təlimat:
Sənəd qəbulu üçün son tarix: 10 yanvar 2026-ci il.
Əlaqə və suallar üçün: icsp@sdu.edu.az +994(018) 646 15 06 91 (167).
