Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Maliyyə texnologiyaları: Rəqəmsal valyutalar” mövzusunda ustad dərsi keçirilib
Yerləşdirilmə tarixi : 15 Dekabr 2025 16:33
“Maliyyə texnologiyaları: Rəqəmsal valyutalar” mövzusunda ustad dərsi keçirilib
 Dekabrın 15-də Sumqayıt Dövlət Universitetinin (SDU) İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Maliyyə texnologiyaları: Rəqəmsal valyutalar” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsini Biznesin idarə edilməsi kafedrasının müdiri, dosent Qalib Hüseynov açaraq mövzunun aktuallığından bəhs edib. O, müasir dövrdə maliyyə texnologiyaları və rəqəmsal valyutalar sahəsində biliklərin tələbələrin peşəkar inkişafı və gələcək karyera imkanları baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Sonra SDU-nun müəllimi ekspert Elnur Quliyev “Maliyyə texnologiyaları: Rəqəmsal valyutalar” mövzusunda məharət dərsi keçib. O, tələbələrə rəqəmsal valyutaların iş prinsipləri, maliyyə texnologiyalarının inkişaf istiqamətləri, investisiya alətləri və bu sahədə mövcud risklər barədə məlumat verib. Eyni zamanda bitcoinlər, altcoinlər və kriptovalyutalar vasitəsilə gəlir əldə etmə üsulları haqqında danışıb. Tədbir interaktiv formatda davam edib, tələbələr mövzu ətrafında suallar ünvanlayaraq müzakirələrdə fəal iştirak ediblər. Sonda fakültə dekanı, dosent Loğman Abdullayev ustad dərsinin təşkilinə görə təşəkkürünü bildirib və belə tədbirlərin tələbələrin bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verdiyini qeyd edib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az