Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | TEMPUS layihəsi çərçivəsində növbəti təlim
TEMPUS layihəsi çərçivəsində növbəti təlim

Universitetimizdə “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” ESFİDİP adlı TEMPUS layihəsi çərçivəsində “Siz də bizim kimi tələbə olun” adlı təlim-seminar keçirildi. Tədbirdə müəllim, inzibati işçilər və tələbələr iştirak etdilər.
Aprelin 1-də təşkil olunan Təlim-seminarı giriş sözü ilə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, dosent Turqay Hüseynov açaraq layihənin aktuallığından və layihə çərçivəsində görülən işlərdən, beynəlxalq təcrübədən söhbət açdı. Bildirdi ki, tədbirin keçirilməsində  məqsəd əlilliyi olan tələbələrin tədris prosesinə inteqrasiya edilmələri, müəllimlərin, inzibati işçilərin tədris zamanı əlillərlə davranış qaydaları haqqında maarifləndirmə aparmaqdı.
Sonra proqrama uyğun olaraq universitet üzrə işçi qrupunun  üzvü, Beynəlxalq əlaqələr şöbəsinin metodisti Samirə Kərimova və “Əlilliyi olan tələbələr üçün dəstək mərkəzinin” direktoru Təranə Quliyevanın birgə təqdimatı dinlənildi. Təqdimatda layihə, bu sahədə öyrənilmiş beynəlxalq təcrübə və əlilliyi olan tələbələr üçün normativ hüquqi aktlar çərçivəsində tədrisin təşkilindən bəhs olundu. Daha sonra əlillik, onun xüsusiyyətləri, onlara yanaşma tərzi və tədris metodikası haqqında geniş məlumat verildi.
Təqdimatdan sonra fikir mübadiləsi aparıldı  və universitetdə inkluziv təhsil mühitinin yaradılması barədə söhbət açıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az