Riyaziyyat fakültəsində “Tədrisdə hüquqi düşüncə və milli dəyərlər” mövzusunda tədbir keçirilib
Dekabrın 19-da “Konstitusiya və Suverenlik ili” çərçivəsində Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrası ilə Tədris texnologiyalarının inkişafı bölməsinin birgə təşkilatçılığı ilə “Tədrisdə hüquqi düşüncə və milli dəyərlər” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan kafedranın müdiri, dosent Məftun Heydərova “Konstitusiya və Suverenlik ili”nin təhsil mühitində xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, gənc nəslin hüquqi düşüncəsinin formalaşdırılmasının, milli-mənəvi dəyərlərin və suverenlik ideyalarının tədris prosesində sistemli şəkildə aşılanmasının vacibliyini vurğulayıb. Dosent “Gənc nəsildə hüquqi mədəniyyətin formalaşması: tədrisdə yaradıcı yollar” mövzusunda çıxış edərək hüquqi maarifləndirmədə innovativ və interaktiv yanaşmaların rolundan bəhs edib.
Sonra tədbirin interaktiv hissəsi keçirilib. Tədris texnologiyalarının inkişafı bölməsinin müdiri İranə Abdullayevanın rəhbərliyi ilə tələbələr tərəfindən “Hüquq, yoxsa vəzifə?” adlı səhnəcik nümayiş etdirilib. Ardınca “Hüquq qutusu” və “Hüququn səsi” mövzularında tələbə müzakirələri və debatlar təşkil olunub.
Tədbir həm tələbələr, həm də müəllimlər üçün maarifləndirici xarakter daşıyıb. Müzakirələr zamanı tələbələr aktiv iştirak edib və mövzuya maraq göstəriblər.
Tədbirin sonunda keçirilən debatın nəticələrinə əsasən münsiflər heyətinin qərarı ilə qalib komanda fəxri fərmanla təltif edilib.