“Müasir təlimdə Kiplinq metodu” mövzusunda müştərək dərs keçirilib
Dekabrın 18-də Filologiya fakültəsində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Rudyard Kiplinqin anadan olmasının 160-cı ildönümünə həsr olunmuş “Müasir təlimdə Kiplinq metodu” (5W1H) mövzusunda müştərək dərs keçirilib. Dərs Xarici dillər kafedrasının baş müəllimi Səadət Xəlilova və Dil və ədəbiyyat kafedrasının baş müəllimi Aynurə Bağırova tərəfindən aparılıb. Tədbirdə Kiplinqin həyat və yaradıcılığı müasir təlim yanaşmaları əsasında təqdim olunub, 5W1H metodunun pedaqoji prosesdə tətbiq imkanları nümayiş etdirilib. İnteraktiv formatda keçirilən dərs zamanı tələbələrin analitik və tənqidi düşünmə, mətnlə iş bacarıqlarının inkişafına xüsusi diqqət yetirilib. Fənlərarası inteqrasiya və innovativ təlim strategiyaları baxımından əhəmiyyətli olan dərs tələbələrin mövzuya marağını artırıb və refleksiya mərhələsi ilə yekunlaşıb. Tədbirdə Filologiya fakültəsinin dekanı dosent Günel Paşayeva, Xarici dillər kafedrasının müdiri Jalə Məmmədova, Dil və ədəbiyyat kafedrasının müdiri dosent Böyükxanım Eminli və fakültənin professor-müəllim heyəti iştirak ediblər.
.jpg)
.jpg)
.jpg)
.jpg)