Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib
Dekabrın 17-də Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası şuranın sədri, SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov açaraq, şura üzvlərini salamlayıb. O, Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransında (NASCO XXVIII) iştirak etdiyini və konfrans çərçivəsində SDU ilə ADNSU arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını bildirib. Əminağa Sadıqov elm və təhsil naziri Emin Əmrullayevin konfransdakı çıxışının əsas tezislərini şura üzvlərinin nəzərinə çatdıraraq qeyd edib ki, ölkəmizin bütün ali təhsil müəssisələrində səmərəli tədbirlər həyata keçirilir və ciddi rəqabət mühiti mövcuddur. Bu baxımdan fəaliyyətimizi daha da gücləndirməli, universitetimizin reytinqlərdə əldə etdiyi nailiyyətləri artırmaq üçün sistemli şəkildə çalışmalıyıq. Bu istiqamətdə universitetin hər bir əməkdaşının üzərinə böyük məsuliyyət düşür. Sonra Elmi katib professor Muxtar Səmədov gündəlikdə olan məsələləri diqqətə çatdırıb. Gündəlik təsdiq olunub. 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti ilə bağlı Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev çıxış edərək qeyd edib ki, imtahan sessiyasının təşkili və keçirilməsi ilə əlaqədar bütün zəruri sənədlərin 26 dekabr tarixinədək tam şəkildə hazırlanması və təqdim olunması kafedra müdirlərinə, fakültə dekanlarına və digər müvafiq struktur bölmə rəhbərlərinə tapşırılıb. Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev magistrant, doktorant və dissertantların attestasiyalarının nəticələri barədə də məlumat verib. Tələbə-gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov çıxış edib. Elmi Şurada tələbə-gənclərin vətənpərvərlik ruhunda formalaşması istiqamətində görülən işlər müsbət qiymətləndirilib. İclas cari məsələlərin müzakirəsi ilə davam edib. İclasda əcnəbi vətəndaşlar üçün hazırlıq kursu üzrə işçi tədris planı və təhsil haqqı, SDU əməkdaşlarının dosent vəzifəsinə keçirilməsinə dair tələblərə bəzi əlavələrin edilməsi, SDU-nun “Peşəkar inkişaf siyasəti” sənədinin, habelə SDU-nun ayrı-ayrı strukturları üzrə əsasnamələrin təsdiqi məsələləri müzakirə olunmuş, Şura üzvlərinin təklif və tövsiyələri nəzərə alınmaqla müvafiq qərarlar qəbul edilmişdir. Daha sonra Mühasibat və iqtisadiyyat kafedrasının sabiq doktorantı Gülşən Hüseynzadənin dissertasiya işinin mövzusu və elmi rəhbəri təsdiq edilib. Elmi katib Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə də məlumat verərək bildirib ki, Elmi Şuraya 11 adda tədris vəsaiti daxil olub, onlardan 4 dərs vəsaiti, 3-ü metodik vəsait və 4-ü isə fənn proqramıdır. Aparılan müzakirələrdən sonra tədris-metodiki vəsaitlərin nəşr olunmasına icazə verilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg
)