Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru v.i.e. Əminağa Sadıqov NASCO XXVIII beynəlxalq elmi konfransında iştirak edib
Yerləşdirilmə tarixi : 22 Dekabr 2025 17:12
SDU-nun rektoru v.i.e. Əminağa Sadıqov NASCO XXVIII beynəlxalq elmi konfransında iştirak edib

 2025-ci il dekabrın 16–17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ev sahibliyi ilə keçirilən NASCO XXVIII – doktorantların və gənc tədqiqatçıların elmi-tədqiqat işlərinə həsr olunmuş beynəlxalq konfransda Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov iştirak edib. Hər il ənənəvi olaraq təşkil olunan NASCO konfransı ölkənin müxtəlif ali təhsil müəssisələrində və tədqiqat mərkəzlərində elmi fəaliyyət göstərən doktorant və gənc tədqiqatçıların, eləcə də xaricdə çalışan azərbaycanlı alimlərin elmi mübadiləsini təşviq edən nüfuzlu elmi platformadır. Konfrans gənc alimlərin elmi yaradıcılığının stimullaşdırılması, peşəkar inkişafının dəstəklənməsi və müxtəlif elmi istiqamətlər üzrə yeni ideyaların müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbir çərçivəsində SDU-nun rektoru v.i.e. Əminağa Sadıqov ADNSU-nun tədris və elmi infrastrukturu ilə yaxından tanış olub, universitetin müasir laboratoriyalarına baş çəkib, aparılan elmi-tədqiqat işləri və innovativ yanaşmalar barədə məlumat alıb. Görüşlər zamanı ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat təşəbbüslərinin və akademik mübadilələrin əhəmiyyəti vurğulanıb. Konfrans çərçivəsində Sumqayıt Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum elmi-tədqiqat sahəsində birgə layihələrin həyata keçirilməsi, doktorant və gənc tədqiqatçıların akademik əməkdaşlığının gücləndirilməsi, elmi konfrans və seminarların birgə təşkili, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az