Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt ordumuza dəstək verir
Sumqayıt ordumuza dəstək verir

Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov şəhər ictimaiyyət nümayəndələrinin iştirakı ilə son dövr cəbhədə baş verən hadisələrlə bağlı toplantı keçirdi. Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində cəbhə xəttində düşmənlə döyüşlərdə qəhrəmanlıqla həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Toplantıda Qarabağ müharibəsi veteranı Tərlan Hacızadə, şair Əşrəf Veysəlli , şəhid anası Rəhilə Orucova, Qarabağ müharibəsi əlili Etibar Məmmədov, Seymur Bayramov, Ramiz Şirməmmədov, Kimya və biologiya fakültəsinin IV kurs tələbəsi Səma Əsədova, Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov, Tarix və coğrafiya fakültəsinin IV kurs tələbələri Mirşamxal Həsənli, Fərid Vaqifli, II kurs tələbəsi Araz Həsənov, şair-publisist Əvəz Mahmud Lələdağ çıxışlarında erməni hərbi birləşmələrinin qoşunların təmas xəttində törətdiyi təxribatın qarşısının alınması üçün sürətli əks-həmlə həyata keçirərək strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsini düşməndən azad etmiş Azərbaycan Silahlı Qüvvələrinin bu zəfəri cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaratdığını və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı əmr verərsə, ön cəbhəyə gedib doğma torpaqlarımızı azad edənədək vuruşmağa hazır olduqlarını bildirdilər. Sonda toplantı iştirakçıları adından Azərbaycan Respublikaının Prezidentinə müraciət qəbul olundu.
Toplantıdan sonra universtetin kollektivi, tədbir iştirakçıları və Sumqayıt şəhər sakinləri vətən uğrunda həlak olmuş şəhidlərimizi böyük izdihamla son mənzilə yola saldılar. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin!

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az