Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU nümayəndələri YAP Sumqayıt şəhər təşkilatının təşkil etdiyi tədbirdə iştirak edib
Yerləşdirilmə tarixi : 25 Dekabr 2025 15:08
SDU nümayəndələri YAP Sumqayıt şəhər təşkilatının təşkil etdiyi tədbirdə iştirak edib
 Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə “Nəsillərin görüşü: partiyanın gələcəyi etibarlı əllərdədir” mövzusunda keçirilən tədbirdə Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., Əminağa Sadıqov və universitetin digər əməkdaşları da iştirak edib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Tağıyev, YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili, həmçinin gənc partiya fəalı, Sumqayıt Dövlət Universitetinin müəllimi Günel Şamilzadə çıxış ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının formalaşma yolu, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar, gənclərin siyasi proseslərdə rolu və nəsillərarası varisliyin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, gənclərin dövlətçilik ideyalarına sadiq ruhda yetişdirilməsi ölkənin davamlı inkişafının əsas şərtlərindəndir.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az