Tələbələrin Milli Azərbaycan Tarixi Muzeyinə maarifləndirici ekskursiyası
Dekabrın 24-də Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının təşkilatçılığı və Tələbə Həmlarlar İttifaqı Komitəsinin dəstəyi ilə tələbələr üçün Milli Azərbaycan Tarixi Muzeyinə maarifləndirici ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi tələbələrdə milli-mənəvi dəyərlərə marağın artırılması, Azərbaycan tarixinin müxtəlif mərhələləri haqqında biliklərin genişləndirilməsi və əldə olunan nəzəri biliklərin real tarixi eksponatlar əsasında möhkəmləndirilməsi olub. Tələbələr muzeyin müxtəlif ekspozisiya zalları ilə yaxından tanış olaraq ölkəmizin ibtidai dövrlərdən müasir dövrədək keçdiyi tarixi inkişaf yolu, dövlətçilik ənənələri, arxeoloji tapıntılar, maddi-mədəni irs nümunələri və nadir tarixi sənədlər barədə ətraflı məlumat əldə ediblər. Muzeyin elmi əməkdaşları eksponatların tarixi və elmi əhəmiyyəti, onların aşkar edilməsi, tədqiqi və mühafizəsi prosesi haqqında maraqlı və əhatəli məlumatlar veriblər. Sonda tələbələr belə maarifləndirici tədbirlərin onların elmi dünyagörüşünün formalaşmasına, tədqiqat maraqlarının artmasına və milli kimlik şüurunun möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)