Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Rəşad Səlimovun həmmüəllifi olduğu kitab işıq üzü görüb
Yerləşdirilmə tarixi : 29 Dekabr 2025 10:40
Rəşad Səlimovun həmmüəllifi olduğu kitab işıq üzü görüb
 Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin dekanı, dosent Rəşad Səlimovun həmmüəllif kimi töhfə verdiyi “Qafqazın etnobotanikası” adlı kitab nüfuzlu Springer Nature nəşriyyatında çap olunmuşdur. Nəşrin elmi redaktorları R. W. Bussmann, N. Y. Paniagua-Zambrana və Z. Kikvidzedir. Kitabda Qafqaz regionunda və bu regiona daxil olan ölkələrdə yayılmış 1200-dən çox bitki və təxminən 100 göbələk növü haqqında əhatəli məlumatlar təqdim olunur. Növlərin taksonomiyası, yerli adları, ekologiyası və yayılma arealları barədə müasir elmi biliklərlə yanaşı, onların tarixi istifadəsinə ümumi baxış verilir, həmçinin bölgədə bitkilərdən istifadə sahəsində aparılmış ən son elmi tədqiqatların nəticələri əks etdirilir. Qeyd edək ki, dosent Rəşad Səlimov kitaba daxil edilmiş, müxtəlif bitki növlərinə həsr olunmuş 51 fəsilin həmmüəllifidir.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az