Əsas səhifə | Xəbərlər | SUMGAIT – 65. ENGLISH PARTY
SUMGAIT – 65. ENGLISH PARTY

13 noyabr 2014-cü il tarixində Sumqayıt Dövlət Universitetində Sumqayıtın 65 illiyi münasibətilə ENGLİSH PARTY  təntənəli gecə keçirildi. Xarici dil (humanitar fakültələr üzrə) kafedrasının müdiri f.e.d dos. Nigar xanım İsgəndərova, kafedranın əməkdaşları və  “İngilis dili müəllimliyi” fakültəsinin birinci kurs tələbələrinin əməyi bu gecənin təşkilində özünəməxsusluğu ilə fərqlənirdi. Nigar xanım həqiqətən bu gecəni tələbələrin ingilis dilində  intonasiya ilə şeir demə qabiliyyətləri hətta tələffüzü ilə belə çox bacarıqla hazırlamışdır. Təhsil nazirliyinin xətti ilə ABŞ-dan Fulbrayıt  proqramı çərçivəsində universitetimizə təşrif buyuran Danahoi Elizabeth xanım da tələbələr arasında idi. Hətta o da tələbələrlə birgə eyni səhnəni paylaşıb, Sumqayıt haqqında şeir dedi. Onu da qeyd edim ki, tədbirə hazırlıq məşqlərində Dana xanımında əməyi böyükdür. Tələbələrin göstərdiyi ingilis dilində olan səhnələr xüsusi göz oxşayırdı. Dillər əzbəri olan Sumqayıt Əfsanəsi tələbələr tərəfindən ingilis dilində səhnələşdirilmişdi. Sumqayıtın şərəfinə yazılan şeirlər həm Azərbaycan dilində, həm İngilis dilində səsləndirildi. Tələbələr bu gecənin təşkilində çox həyacanlı və çox fəal idilər. Şəxsən mən şahidiyəm ki, bu iki ay ərzində tədbirin hazırlığı prosesində həm Nigar xanım, həm də tələbələr nə qədər həyacan keçirmişdilər. Onların böyük akt zalındakı məşqləri, aksesuarların, dəvətnamələrin hazırlanması nəticəsi artıq göz qabağındadır. Tədbirin gözəl işıqlandırmasına səbəb olan amillərdən biri də Sumqayıt ev muzeyindən gətirilən xüsusi tarixi nümunələr Sumqayıtın nə qədər cavan və zəngin tarixi olduğunu bir daha sübut etdi. Tələbələr həvəskar çəklişləri ilə zalı heyrətləndirdilər. Onlar hətta Sumqayıt haqqında öz video roliklərini təqdim etdilər. Sumqayıt ev muzeyindən olan çəklişləri, şəhərin yaşlı sakinlərindən Sumqayıt haqqında aldıqları müsahibələri tamaşaçılar tərəfindən maraqla qarşılandı. Tələbə həyatının ilk pilləsində olan bu gənclərin uğurlu gələcəyi hələ öndədir. Tədbirin sonunda, Elm və İnnovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədova söz verildi. O tədbirdən o qədər təsirlənmişdi ki, öz gənclik illərini xatırladığını, nostalji hisslərini dilə gətirdi. Sumqayıtın çətin həm də mənalı ömür yollarından söhbət açdı. Tədbirin təşkilini xüsusi qiymətləndirdi. Həm tələbələrə, həm təşkilatçı olaraq Nigar xanıma və kafedramızın bütün əməkdaşlarına öz təşəkkürünü bildirdi. Tələbələr də sonda onlara yaradılan belə imkanlara görə universitet rəhbərliyinə, klub üzvlərinə və Nigar xanıma öz minnətdarlığını bildirdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az