Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində Çin–Azərbaycan təhsil əməkdaşlığına həsr olunmuş müsahibə keçirilib
Yerləşdirilmə tarixi : 30 Dekabr 2025 12:27
Sumqayıt Dövlət Universitetində Çin–Azərbaycan təhsil əməkdaşlığına həsr olunmuş müsahibə keçirilib
 Dekabrın 29-da Sumqayıt Dövlət Universitetində (SDU) UNESCO-nun Gansu Əyalət Assosiasiyasının prezidenti¬ninin assistenti Song Guangxiao tərəfindən SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov ilə müsahibə aparılıb.
Müsahibə “Çin–Azərbaycan təhsil əməkdaşlığının dərinləşdirilməsi və yüksək keyfiyyətli beynəlxalq mübadilənin inkişaf etdirilməsi” mövzusuna həsr olunub. Qeyd edək ki, müsahibə “Gansu UNESCO” və “China UNESCO” jurnallarında, həmçinin Çin Xalq Respublikasının Təhsil Nazirliyinin rəsmi nəşrində dərc olunacaq. Müsahibə zamanı Əminağa Sadıqov SDU-nun beynəlmiləlləşmə strategiyası, xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri, xüsusilə Çin universitetləri ilə qurulan tərəfdaşlıqlar barədə ətraflı məlumat verib. O, SDU-da beynəlxalq təhsil mühitinin formalaşdırılması, elmi-tədqiqat və innovasiya yönümlü əməkdaşlıqların genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən bəhs edib. Əminağa Sadıqov verdiyi müsahibədə müəllim və tələbə mübadiləsi proqramlarının, birgə elmi tədqiqatların, mədəniyyət və dil mübadiləsinin ali təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, bu cür beynəlxalq əməkdaşlıqlar universitetin qlobal elmi məkanla inteqrasiyasına, eləcə də rəqabətqabiliyyətli kadr hazırlığına mühüm töhfə verir. Müsahibə çərçivəsində Çin–Azərbaycan təhsil əlaqələrinin mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri və bu əməkdaşlığın SDU-nun institusional inkişafına təsiri də diqqət mərkəzində olub. Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi və yeni təşəbbüslərin reallaşdırılması imkanlarını müzakirə ediblər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az