Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Univesiteti əməkdaşlarına bayram hədiyyəsi
Yerləşdirilmə tarixi : 30 Dekabr 2025 12:31
Sumqayıt Dövlət Univesiteti əməkdaşlarına bayram hədiyyəsi
 Dekabrın 29-da Sumqayıt Dövlət Universitetində (SDU) olan “İydə Parfüm”ün təmsilçiləri tərəfindən bu ilin oktyabr ayında imzalanmış memoranduma uyğun olaraq başlayan əməkdaşlığa səmərəli töhfə verməklə universitetin ictimai həyatında fəal iştirak edən kollektiv üzvlərinə hədiyyələr təqdim olundu. Təqdimat mərasimində çıxış edən SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun və öz adından tədbir iştirakçılarını qarşıdakı bayramlar münasibəti ilə təbrik etdi. Tədbirin xalqımızın həyatında müstəsna hadisələrdən biri- 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində keçirilməsinin təsadüfü olmadığını qeyd edən prorektor, onlara Yeni İl və Həmrəylik Günü münasibəti ilə ürək sözlərini bildirdi. Şirkətlə başlayan əməkdaşlığın dinamikasından bəhs edən çıxışçı məhsuldar nəticələrin əldə olunmasında universitet kollektivinin maraqlı olduğunu vurğuladı. SDU Həmkarlar İttifaqı komitəsinin sədri, dosent Nemət İbayev tədbir iştirakçılarına 31 Dekabr Dünya Həmrəylik Günü və Yeni İl münasibəti ilə təbiklərini çatdırdı. Karyera Mərkəzinin direktoru Anar Dünyamalıyev SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqovun imzaladığı Təşəkkürnaməni “İydə Parfüm”ün icraçı direktoru Qiyas Mərdanova təqdim etdi. Daha sonra universitetin ictmai həyatında və şirkətlə əməkdaşlıqda fərqlənən şəxslərə şirkətin hədiyyələri verildi, xatirə şəkli çəkildi.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az