Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin fakültələrində 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil olunub
Yerləşdirilmə tarixi : 16 Yanvar 2026 17:35
Sumqayıt Dövlət Universitetinin fakültələrində 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil olunub
 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Azərbaycan xalqına qarşı planlı və amansız hərbi müdaxilə həyata keçirildi. Dinc əhaliyə qarşı törədilən bu qanlı cinayət xalqımızın azadlıq iradəsini boğmaq məqsədi daşıyırdı.
Sumqayıt Dövlət Universitetində (SDU) 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib. Universitetin Riyaziyyat, Mühəndislik, Təbiət elmləri, İqtisadiyyat və idarəetmə, Tarix-coğrafiya və Filologiya fakültələrində keçirilən silsilə tədbirlərdə Bakıda və ölkəmizin digər şəhər və rayonlarında dinc əhaliyə qarşı törədilmiş ağır cinayətlərdən bəhs olundu. Çıxış edənlər 20 Yanvar hadisələrini dinc əhaliyə qarşı törədilmiş misli görünməmiş təcavüz və kütləvi qırğın kimi qiymətləndiriblər. Qeyd olunub ki, bu faciə insan hüquqlarının kobud şəkildə pozulması ilə yanaşı, Azərbaycan xalqının azadlıq və müstəqillik iradəsini sarsıtmaq məqsədi daşıyıb. Bildirilib ki, törədilən cinayətlər gələcək nəsillərə tarixi həqiqət kimi ötürülməlidir. Rəsmi məlumatlara görə, yanvarın 20-də və ondan sonra ümumilikdə 147 nəfər şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər isə qanunsuz həbs olundu. 20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ailə üzvləri ilə birlikdə o zamanlar Moskva şəhərində yerləşən Azərbaycan Nümayəndəliyinə gələrək törədilmiş cinayət qurbanlarının doğmalarına başsağlığı verdi, bunun xalqımıza qarşı ağır cinayət olduğunu bəyan etdi. Bu, təklənmiş, informasiya blokadasına alınmış xalqımıza böyük mənəvi dəstək olmaqla yanaşı, keçmiş SSRİ-nin ali rəhbərliyində təmsil olunan Heydər Əliyev tərəfindən o blokadanın aradan götürülməsi istiqamətində ilk addım oldu. Faciə, Azərbaycan xalqının tarixinə "Qara Yanvar" kimi daxil oldu. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra- 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az