British Council tərəfindən təşkil olunan beynəlxalq “Researcher Connect Online” təlim proqramında Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Aysel Şamilova və Fəlsəfə, sosiologiya və politologiya kafedrasının müəllimi Lalə Qurbanova uğurla iştirak ediblər. 8-18 dekabr tarixlərini əhatə edən proqramın əsas məqsədi tədqiqatçıların elmi araşdırmalarını effektiv təqdimetmə bacarıqlarını inkişaf etdirmək, akademik savadlılığın artırılması və beynəlxalq peşəkar əlaqələrin qurulmasına dəstək verməkdən ibarət olub. Təlimlərdə Azərbaycanı təmsil edən müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrindən seçilmiş 30 tədqiqatçı iştirak edib.
“Researcher Connect Online” proqramının ilk buraxılışının uğurla başa çatması münasibətilə Böyük Britaniyanın Azərbaycandakı Səfirinin Rezidensiyasında sertifikatların təqdimetmə mərasimi keçirilib. Proqram iştirakçıları Böyük Britaniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Fergus Auldun ev sahibliyi etdiyi xüsusi qəbulda iştirak ediblər. Tədbirdə, həmçinin Böyük Britaniya Şurasının ölkə üzrə direktoru xanım Nərgiz Hacıyeva da iştirak edib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)