SDU-da payız semestrinin imtahan sessiyası davam edir
Sumqayıt Dövlət Universitetində (SDU) 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Yanvarın 19-dək ümumilikdə 1412 (Riyaziyyat fakültəsi -145, Mühəndislik-348, Təbiət elmləri-237, İqtisadiyyat və idarəetmə-239, Tarix və coğrafiya-206, Filologiya -237) imtahan keçirilib. Bakalavriat səviyyəsi üzrə müvəffəqiyyət göstəricisi 70,2%, magistrantların müvəffəqiyyət göstəricisi 96% təşkil edir.
Qeyd edək ki, 29.12.2025-ci il tarixdən başlanan imtahan 31.01.2026-cı il tarixinədək davam edəcək.