Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 20 Yanvar faciəsinin qurbanları sırasında Polimer Materiallar İnstitutunun əməkdaşları da var
Yerləşdirilmə tarixi : 20 Yanvar 2026 09:35
20 Yanvar faciəsinin qurbanları sırasında Polimer Materiallar İnstitutunun əməkdaşları da var
 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində ən qanlı və yadda qalan səhifələrdən biridir. Bu faciənin qurbanları sırasında Sumqayıt şəhərinin elmi ictimaiyyətinə mənsub olan alimlər – Polimer Materiallar İnstitutunun əməkdaşları da yer alır. 1990-cı il yanvarın 24-də Sumqayıt–Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində sovet ordusuna məxsus zirehli texnika dinc vətəndaşlara qarşı ağır cinayət törədib. İş yerlərinə gedən alimlərin olduğu “Jiquli” markalı avtomobil tank tərəfindən əzilərək məhv edilib. Nəticədə Polimer Materiallar İnstitutunun əməkdaşları – professor, Kimya elmləri doktoru İbrahim İbrahimov, Kimya elmləri namizədləri Svetlana Məmmədova və İsmayıl Mursaqulov amansızcasına qətlə yetiriliblər.
Sumqayıt Dövlət Universiteti olaraq 20 Yanvar faciəsinin bütün şəhidlərini, o cümlədən Polimer Materiallar İnstitutunun həyatını itirmiş əməkdaşlarını dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim yaşadırıq.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az