Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı anım mərasimində iştirak edib
Yerləşdirilmə tarixi : 20 Yanvar 2026 09:44
Sumqayıt Dövlət Universitetinin kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı anım mərasimində iştirak edib
 Azərbaycan xalqının müstəqillik, azadlıq və suverenlik uğrunda mübarizəsinin faciəli, eyni zamanda şanlı səhifələrindən biri olan 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar Sumqayıt şəhərində anım mərasimi keçirilib.
Yanvarın 20-də Sumqayıt şəhər ictimaiyyəti şəhidlərin xatirəsini dərin ehtiramla yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib. Anım mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e. Əminağa Sadıqov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə veteranları, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri eləcə də SDU-nun professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər. Saat 12:00-da ölkənin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də bir dəqiqəlik sükut elan olunub, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Mərasim iştirakçıları Şəhidlər xiyabanında ucaldılmış “Qalib Əsgər” abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla anıblar.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az