Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Dövlət Universitetində akademik mübadilədə iştirak edəcək müəllimlərlə görüş keçirilib
Yerləşdirilmə tarixi : 22 Yanvar 2026 09:40
Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Dövlət Universitetində akademik mübadilədə iştirak edəcək müəllimlərlə görüş keçirilib
 Yanvarın 21-də Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Dövlət Universitetində akademik mübadilə proqramında iştirak edəcək müəllimlərlə görüşüb. Qeyd edək ki, akademik mübadilə proqramı iki universitet arasında imzalanmış Əməkdaşlıq Müqaviləsinə əsasən həyata keçirilir. Proqram çərçivəsində SDU-nun 4 müəllimi ─ İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin idarə edilməsi kafedrasının professoru Şəfa Əliyev, Mühəndislik fakültəsinin Energetika kafedrasının müdiri, dosent Xəyalə Əliquliyeva, Tarix və coğrafiya fakültəsinin Tarix, coğrafiya və metodika kafedrasının dosenti Yusifəli Həsənov və Riyaziyyat fakültəsinin Riyazi analiz və diferensial tənliklər kafedrasının müəllimi Leyla Nəsirova 26 yanvar – 6 fevral tarixlərində Atırau Dövlət Universitetində öz ixtisaslarına uyğun sahələr üzrə tədris prosesində iştirak edəcək, seminar və elmi müzakirələr aparacaq, həmçinin müxtəlif akademik və mədəni tədbirlərə qatılacaqlar. Görüş zamanı Əminağa Sadıqov akademik mübadilə proqramlarının ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın inkişafında, elmi-pedaqoji təcrübə mübadiləsinin genişləndirilməsində və universitetin beynəlxalq nüfuzunun artırılmasında mühüm rol oynadığını vurğulayıb. O, xarici ölkədə tədris və elmi fəaliyyətlə məşğul olmağın müəllimlərin peşəkar inkişafına töhfə verdiyini qeyd edərək, mübadilədə iştirak edəcək müəllimlərə öz tövsiyə və məsləhətlərini verib, onlara uğurlar arzulayıb. Müəllimlər də göstərilən etimada və yaradılan imkanlara görə universitet rəhbərliyinə dərin minnətdarlıqlarını bildirərək, mübadilə proqramı çərçivəsində universitetimizi layiqincə təmsil edəcəklərini, qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəklərini qeyd ediblər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az