Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universiteti ilə onlayn formatda Əməkdaşlıq Müqaviləsi imzalanıb
Yanvarın 22-də Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universiteti ilə onlayn formatda görüş keçirilib. Görüşdə Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov tərəfdaş universitetin nümayəndələrini salamlayaraq, bu əməkdaşlığın hər iki universitet üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, SDU-nun tarixi inkişaf yolu, mövcud maddi-texniki infrastrukturu, fakültə və ixtisasları, eləcə də universitetin beynəlxalq layihələrdə və nüfuzlu dünya reytinqlərində iştirakı barədə ətraflı məlumat verib, beynəlxalq tərəfdaşlıqların universitetin akademik potensialının gücləndirilməsində mühüm rol oynadığını qeyd edib. Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universitetinin rektoru Dimitar Panayotov görüşün təşkili və səmimi əməkdaşlıq mühiti üçün SDU rəhbərliyinə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Bolqarıstanda 100 ildən artıq tarixə malik, iqtisadiyyat və idarəetmə sahələri üzrə ixtisaslaşmış ən böyük və nüfuzlu universitetlərdən biri olduğunu diqqətə çatdırıb, universitetin əsas fəaliyyət istiqamətləri, təhsil və tədqiqat imkanları barədə məlumat verib. Görüşün sonunda tərəflər arasında tələbə və müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə elmi-tədqiqat layihələrinin icrası, beynəlxalq konfrans, simpozium və digər akademik tədbirlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığı nəzərdə tutan Əməkdaşlıq Müqaviləsi imzalanıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)