Sumqayıt şəhərinin 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Sumqayıt şəhərində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. “Kimyaçı” mədəniyyət sarayında təşkil olunan tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, şəhər idarə və müəssisə rəhbərləri və digər qurumların nümayəndələri iştirak ediblər. Hesabat yığıncağında Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e. Əminağa Sadıqov da iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hesabat məruzəsi ilə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətlərdən danışaraq, Sumqayıtın sənaye mərkəzi olmaqla yanaşı, elm və təhsil sahəsində də mühüm uğurlar qazandığını vurğulayıb. O, çıxışı zamanı Sumqayıt Dövlət Universitetinin şəhərin elmi-intellektual potensialının formalaşmasında xüsusi rol oynadığını, universitetin akademik uğurlarının sevindirici olduğunu qeyd edib. Zakir Fərəcov bildirib ki, Sumqayıt Dövlət Universiteti Sumqayıtın fəxridir. Universitet beynəlxalq reytinqlərdə layiqli mövqelər qazanaraq şəhərin və ölkənin nüfuzunun artmasına töhfə verir. İdeoloji işlər də burada yüksək səviyyədə həyata keçirilir. Tədbirdə çıxış edən digər çıxışçılar da Sumqayıtın 2025-ci ildə qazandığı nailiyyətləri təhlil edib, qarşıda duran vəzifələr və inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər. Sonda hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)