Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da 2025/2026-cı tədris ilinin payız semestri üzrə imtahan sessiyası başa çatıb
Yerləşdirilmə tarixi : 02 Fevral 2026 10:39
SDU-da 2025/2026-cı tədris ilinin payız semestri üzrə imtahan sessiyası başa çatıb
 Sumqayıt Dövlət Universitetində 2025/2026-cı tədris ilinin payız semestri üzrə imtahan sessiyası 29 dekabr 2025-ci il tarixində başlamış və 31 yanvar 2026-cı il tarixində yekunlaşmışdır. Sessiya müddətində universitet üzrə tədris planlarına uyğun olaraq ümumilikdə 1764 imtahan təşkil olunmuşdur.
Belə ki, Riyaziyyat fakültəsində 202, İqtisadiyyat və idarəetmə fakültəsində 251, Mühəndislik fakültəsində 469, Təbiət elmləri fakültəsində 303, Tarix və coğrafiya fakültəsində 259, Filologiya fakültəsində isə 280 imtahan keçirilmişdir.
İmtahan sessiyası normativ tələblərə tam uyğun, akademik dürüstlük və şəffaflıq prinsipləri əsasında təşkil olunaraq tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsini təmin etmişdir.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az