Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Şəhərsalma və Memarlıq İli” çərçivəsində SDU-da əməkdaşlar arasında idman yarışlarına başlanıldı
Yerləşdirilmə tarixi : 10 Fevral 2026 09:53
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində SDU-da əməkdaşlar arasında idman yarışlarına başlanıldı

 Fevralın 9-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Sumqayıt Dövlət Universiteti (SDU) və Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarının birgə iştirakı ilə stolüstü tennis, dama və voleybol üzrə idman yarışlarına başlanılıb. Yarışlar universitetin İdman Klubu və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilib. Açılış mərasimində çıxış edən SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov ölkəmizdə idmana göstərilən ardıcıl dövlət qayğısından, bu sahədə həyata keçirilən məqsədyönlü layihələrdən bəhs edib. Bildirib ki, Azərbaycan dünyanın nüfuzlu idman ölkəsi kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikanın bütün bölgələrində müasir standartlara uyğun Olimpiya İdman Kompleksləri inşa olunmuş, idman infrastrukturunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Bu komplekslər idmanın inkişafına, onun kütləviliyinin artırılmasına və gənc nəslin sağlam ruhda yetişməsinə mühüm töhfə verir. Ə. Sadıqov vurğulayıb ki, Azərbaycan çoxsaylı mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etmiş və bu ənənəni davam etdirməkdədir. O, həmçinin universitetdə müxtəlif idman növləri üzrə keçirilən yarışları, əldə olunan nailiyyətləri və ali təhsil müəssisəsində idmanın inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıb. Vurğulayıb ki, bu cür idman tədbirləri sağlam həyat tərzinin təşviqi ilə yanaşı, kollektivlər arasında əməkdaşlığın və həmrəyliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sonda iştirakçılara uğurlar arzulayaraq, yarışların yüksək idman ruhunda keçəcəyinə əminliyini ifadə edib. Tədbirin rəsmi hissəsindən sonra yarışlar ilk olaraq stolüstü tennis üzrə təşkil olunan qarşılaşmalarla davam etdirilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışlarda ümumilikdə 8 komanda iştirak edib. Yekun nəticələrə əsasən, şöbələrdən ibarət yığma komanda birinci yerə, Təbiət elmləri fakültəsinin komandası ikinci yerə, Riyaziyyat fakültəsinin komandası isə üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, idman yarışları fevralın 10, 11, 12 və 13-də dama, voleybol üzrə görüşlərlə davam etdiriləcək.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az