Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlar arasında dama turnirində Mühəndislik fakültəsi qalib olub
Yerləşdirilmə tarixi : 10 Fevral 2026 15:31
Əməkdaşlar arasında dama turnirində Mühəndislik fakültəsi qalib olub

Sumqayıt Dövlət Universitetində (SDU) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun təşkilatçılığı ilə universitet və Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşları arasında idman yarışları davam edir.
Fevralın 10-da keçirilən dama turnirində 8 komanda iştirak edərək bacarıqlarını nümayiş etdirib. Yarışlar iki yarımqrupa bölünərək komanda formatında təşkil olunub və iştirakçılar qalibiyyət uğrunda mübarizə aparıblar.
Turnirin nəticələrinə görə I yeri Mühəndislik fakültəsi, II yeri Filologiya fakültəsi, III yeri isə Tarix və coğrafiya fakültəsi tutub.
Qeyd edək ki, fevralın 11, 12 və 13-də voleybol üzrə yarışlar davam edəcək və turnirin sonunda qaliblər mükafatlandırılacaq.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az