Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Multidisiplinar Mühəndislik Qış Məktəbinin ikinci günü uğurla keçirilib
Yerləşdirilmə tarixi : 11 Fevral 2026 10:09
Multidisiplinar Mühəndislik Qış Məktəbinin ikinci günü uğurla keçirilib

 Multidisiplinar Mühəndislik Qış Məktəbi Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulmuş zəngin məzmunlu və praktik yönümlü proqramı ilə ikinci günündə də uğurla davam edib. Fevralın 10-da keçirilən təlim sessiyaları tələbələrin xüsusi marağına səbəb olub və onların mühəndislik sahəsində müasir yanaşmaları dərindən mənimsəməsinə şərait yaradıb. Günün əsas spikeri Holberton School-un mentoru Ruslan Həmidov olub. O, “Agile metodologiyası ilə MVP hazırlanması” mövzusunda çıxış edərək mühəndislik fakültəsinin tələbələrinə müasir layihə idarəetməsi, startap mədəniyyəti və çevik inkişaf modelləri haqqında məlumat verib. Çıxış zamanı Agile metodologiyasının əsas prinsipləri, MVP anlayışı, Daily Standup görüşləri, Sprint planlaşdırılması və Agile komandalarının strukturu mühəndislik yönümlü real nümunələr əsasında izah olunub. İnteraktiv formatda təşkil olunan sessiya mühəndislik fakültəsinin tələbələrinin fəal iştirakı, sual-cavab və müzakirələrlə müşayiət olunub. Qış Məktəbi çərçivəsində tələbələr müxtəlif mühəndislik yönümlü fərdi və komanda tapşırıqları üzərində çalışaraq biliklərini möhkəmləndirmək və real layihə mühitini yaxından tanımaq imkanı əldə ediblər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az