Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Multidisiplinar Mühəndislik Qış Məktəbi çərçivəsində sənaye müəssisələrinə praktik gəzinti
Yerləşdirilmə tarixi : 13 Fevral 2026 10:52
Multidisiplinar Mühəndislik Qış Məktəbi çərçivəsində sənaye müəssisələrinə praktik gəzinti

 Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri üçün təşkil olunan Multidisiplinar Mühəndislik Qış Məktəbi çərçivəsində praktik təcrübə yönümlü istehsalat gəzintiləri həyata keçirilib. Tədbirin əsas məqsədi mühəndislik fakültəsində təhsil alan tələbələrin nəzəri biliklərini real sənaye mühiti ilə əlaqələndirmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və müasir istehsal prosesləri ilə yaxından tanış olmalarını təmin etmək olub.
Qış Məktəbi proqramı çərçivəsində tələbələr ölkənin aparıcı sənaye müəssisələri olan “SOCAR Polymer”, “GİLTEX”, “Azərsun Holding”, müəssisələrində olublar. Gəzintilər zamanı Mühəndislik fakültəsinin tələbələri müəssisələrin istehsal strukturu, avtomatlaşdırılmış idarəetmə sistemləri, keyfiyyətə nəzarət mexanizmləri, eləcə də əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları barədə məlumatlandırılıblar.
Müəssisələrin ixtisaslaşmış mühəndis və mütəxəssisləri tərəfindən tələbələrə real istehsalat mühitində qarşılaşılan mühəndislik problemləri, onların həlli yolları, innovativ texnologiyaların tətbiqi və müasir sənayedə mühəndislərə qoyulan tələblər haqqında geniş təqdimatlar edilib.
Eyni zamanda, tələbələr SDU-nun əsas strateji hədəflərinə uyğun olaraq sənaye-universitet əməkdaşlığının gücləndirilməsi, təcrübəyə əsaslanan təhsilin təşviqi və rəqabətqabiliyyətli kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərlə yaxından tanış olublar. Praktik gəzintilər tələbələrin analitik düşünmə bacarıqlarının inkişafına, komanda işi vərdişlərinin formalaşmasına və əmək bazarının real tələblərini daha dərindən anlamalarına töhfə verib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az