Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu - 2026” keçirilib
Yerləşdirilmə tarixi : 17 Fevral 2026 15:17
“Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu - 2026” keçirilib

 Fevralın 13-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Mingəçevir Dövlət Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə təşkilatçılığı ilə “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu -2026” keçirilib.
Forumda Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, TKTA-nın İdarə Heyətinin nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, 29 ali təhsil müəssisəsinin tədris və keyfiyyət şöbələrinin mütəxəssisləri, professor-müəllim heyəti, eləcə də 24-dən çox şirkət və təşkilatın nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində ali və orta ixtisas təhsilində keyfiyyət təminatı, dayanıqlı inkişaf, beynəlxalq akkreditasiya, universitet-sənaye əməkdaşlığı və qlobal trendlər müzakirə olunub. Panel sessiyalarda “Tədrisdən istehsalata: dayanıqlı universitet-sənaye əməkdaşlığı”, “Beynəlxalq akkreditasiya və dayanıqlı keyfiyyət təminatı: qlobal standartlara keçid” və “Ali təhsildə keyfiyyət və dayanıqlılıq: qlobal trendlər” mövzularında fikir mübadiləsi aparılıb.
Forum “Süni intellektlə gücləndirilmiş təhsil: keyfiyyətin artırılması və dayanıqlı innovasiya” mövzusunda seminarla davam edib. Seminar zamanı süni intellekt texnologiyalarının tədris və keyfiyyət təminatı proseslərinə inteqrasiyası, rəqəmsal həllərin tətbiqi və innovativ yanaşmalar müzakirə olunub.
Tədbirdə həmçinin Sumqayıt Dövlət Universitetinin nümayəndələri,Tədris Metodiki Mərkəzin direktoru, dosent Elnarə Məmmədova və Keyfiyyət təminatı və strategiya şöbəsinin aparıcı mütəxəssisi Şəms Şirinova iştirak ediblər.
Forum ali təhsil, dövlət və sənaye nümayəndələri arasında dayanıqlı əməkdaşlığın gücləndirilməsi və keyfiyyət mədəniyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az