Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz AzTV-də işğal olunmuş Qarabağımızdan danışdılar
Tələbələrimiz AzTV-də işğal olunmuş Qarabağımızdan danışdılar

Aprelin 7-də universitetimizin bir qrup müəllim və tələbələri Azərbaycan Dövlət  Televiziyasının “Əsas məsələ” tok-şou verilişində iştirak edərək cəbhədəki son hadisələr haqqında fikirlərini bölüşdülər.
Tarix və coğrafiya fakültəsinin dekan müavini Osman  Hacıyev, tələbələrimiz Səma Əsədova, Günel Rəhimova, Fərid Vaqifli, Nicat İsmayılov, Mirşamxal  Həsənli, Özal Kazımov Dağlıq Qarabağ münaqişəsindən, son günlər cəbhədə baş verən hadisələrdən, erməni silahlı qüvvələrinin təxribatlarından, əsgərlərimizin qəhrəmanlıqlarından söz açdılar. Bildirdilər ki, aprelin 1-dən-2-nə keçən gecədən başlayaraq işğalçı Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribata başladı. Ermənistan hərbi qüvvələri Azərbaycan kəndlərini, yaşayış məntəqələrini atəşə tutur, hərbi mövqelərimizə ardıcıl zərbələr endirir. Ordumuz vətəndaşların təhlükəsizliyini və öz mövqelərini layiqincə qoruyur, düşmənə lazımi cavab verdilər. Gənclər onu da vurğuladılar ki, strateji əhəmiyyətə malik bir neçə yüksəklik düşməndən azad olundu. Onlar silahlı qüvvələrimizin fəaliyyətini yüksək dəyərləndirdilər  və Azərbaycan Ordusunun uğurlarından və bu sahədə ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi qeyd edərək, Ulu Öndərin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və ordumuzun gündən-günə gücləndiyini diqqətə çatdırdılar. Gənc tələbələr Qüdrətli Azərbaycan Ordusunun cəbhə xəttində həyata keçirdiyi təxribatlara verdiyi kəskin cavab və bir çox tarixi ərazilərimizin geri qaytarılması Azərbaycan gəncliyində yüksək əhvali-ruhiyyə yaratdığını bildirdilər. 
Sonda tələbələrimiz vurğuladılar ki, ölkə Prezidenti, Ali Baş Komandanın məqsədyönlü siyasəti və ordumuzun qüdrəti nəticəsində  qələbəyə olan inamı bizi tezliklə 25 illik Qarabağ həsrətimizə qovuşduracaq. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az