Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU əməkdaşının Vyatka Dövlət Aqrotexnologiya Universitetinə elmi-işgüzar səfəri
Yerləşdirilmə tarixi : 18 Fevral 2026 15:02
SDU əməkdaşının Vyatka Dövlət Aqrotexnologiya Universitetinə elmi-işgüzar səfəri
 Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin Avtomatika və Mexanika kafedrasının baş müəllimi Bəhruz Allahverdiyev fevralın 2-dən 12-dək doktorantı olduğu Vyatka Dövlət Aqrotexnologiya Universitetinə elmi-işgüzar səfər edib.
Səfər çərçivəsində universitet rəhbərliyi və professor-müəllim heyəti ilə bir sıra görüşlər keçirilib. Görüşlər zamanı SDU-nun elmi nailiyyətləri, beynəlxalq əməkdaşlıq əlaqələri və tədris sahəsində əldə etdiyi uğurlar barədə məlumat verilib, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Bəhruz Allahverdiyev səfər müddətində Mühəndislik mərkəzində keçirilən dərslərdə iştirak edib, müəllim və tələbələrlə elmi-praktiki mövzular ətrafında fikir mübadiləsi aparıb. Həmçinin tələbələr üçün peşəkar bacarıqların inkişafına həsr olunmuş ustad dərsi keçib.
Səfər çərçivəsində o, 19-cu Beynəlxalq “Elm-Texnologiya-Resursların Qorunması” elmi-praktik konfransında “Qəfəslərdə saxlanılan quşlar üçün damcı tipli içməli qabın dizayn və texnoloji parametrlərinin əsaslandırılması” mövzusunda məruzə ilə çıxış edib. Məruzə mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.
Elmi-işgüzar səfər iki universitet arasında elmi əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az