Sumqayıt Dövlət Universitetinin əməkdaşları Transmilli Təhsil Forumunda iştirak edib
17 fevral 2026-cı il tarixində British Council-ın “Going Global Partnerships” proqramı çərçivəsində Xəzər Universitetinin tərəfdaşlığı ilə Transmilli Təhsil Forumu keçirilib.
Forumun əsas məqsədi Azərbaycan və Böyük Britaniya arasında transmilli ali təhsil üzrə əməkdaşlığın gücləndirilməsi, ikili və birgə diplom proqramları üzrə qabaqcıl beynəlxalq təcrübənin paylaşılması və dayanıqlı tərəfdaşlıqların inkişafı üçün platforma yaratmaqdır. Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld, British Council-ın Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Nərgiz Hacıyeva, Azərbaycan ali təhsil müəssisələrinin rəhbər heyəti, dövlət qurumlarının nümayəndələri və sektor üzrə əsas maraqlı tərəflər iştirak edib. Forum çərçivəsində transmilli təhsilin inkişaf perspektivləri, ikili və birgə diplom proqramlarının təşkili mexanizmləri, keyfiyyət təminatı məsələləri və ali təhsilin beynəlmiləlləşmə strategiyaları müzakirə olunub. Yerli və xarici universitetlərin nümayəndələri bu sahədə əldə etdikləri praktiki təcrübəni bölüşərək, mövcud çağırışlar və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Forumda Sumqayıt Dövlət Universitetinin Magistratura, doktorantura və elm şöbəsinin müdiri Samir Orucov, Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri Aysel Eminova və universitetin bir qrup əməkdaşı iştirak edib.

.jpg)
.jpg)
.jpg)