Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti rəhbərliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbirində iştirak edib
Yerləşdirilmə tarixi : 26 Fevral 2026 17:09
Sumqayıt Dövlət Universiteti rəhbərliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbirində iştirak edib
Fevralın 26-da Sumqayıt şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Sumqayıt Dövlət Universitetinin rəhbərliyi və professor-müəllim heyəti, şəhid ailələri, qazilər, Xocalı sakinləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anıblar. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Xocalı sakinləri ilə görüşərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır soyqırım cinayətlərdən biri olduğunu bildirib. Tədbirdə vurğulanıb ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının suverenliyi və konstitusiya quruluşu tam bərpa olunub, Xocalı qurbanlarının qisası alınıb. Həmçinin qeyd olunub ki, dövlət şəhid ailələrinə, müharibə iştirakçılarına və Xocalı sakinlərinə daim diqqət və qayğı göstərir. Eyni zamanda, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində müxtəlif layihələr və təşəbbüslər həyata keçirilir.
 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az