Riyaziyyat fakültəsində “Azərbaycanda gender bərabərliyi və qadın hüquqları” adlı tədbir təşkil olunub
Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsində 8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycanda gender bərabərliyi və qadın hüquqları” adlı tədbir təşkil olunub. Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının və fakültə üzrə Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə müəllim və tələbələr iştirak ediblər. Tədbirin məqsədi cəmiyyətdə gender bərabərliyi prinsiplərinin əhəmiyyətini vurğulamaq, qadınların elm, təhsil və ictimai həyatda rolunu diqqətə çatdırmaq olub. Tədbiri giriş sözü ilə açan Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının müdiri, dosent Məftun Heydərova gender bərabərliyinin müasir cəmiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirib ki, qadınların təhsil, elm və ictimai həyatda fəal iştirakı cəmiyyətin inkişafının vacib şərtlərindən biridir. Sonra kafedranın baş müəllimi Vüsalə Süleymanova “Qadınların tarix səhnəsində izi-bərabər hüquqlar güclü cəmiyyət deməkdir” mövzusunda təqdimatla çıxış edərək tarix boyu qadınların cəmiyyətin inkişafında oynadığı rol və gender bərabərliyinin formalaşma mərhələləri haqqında məlumat verib. Tədbir çərçivəsində tələbələrin iştirakı ilə qadınların keçmişdən bu günə cəmiyyətdə mövqeyini əks etdirən səhnəcik nümayiş etdirilib, musiqi nömrələri təqdim olunub. Ardınca kafedranın müəllimi Xavər Kərimovanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai və mədəni fəaliyyətinə dair hazırladığı videoçarx təqdim olunub. Daha sonra fakültənin qadın əməkdaşlarına təşəkkür və təbrik sertifikatları təqdim olunub. Tədbir fakültə dekanı, dosent Xalidə Həsənovanın yekun nitqi ilə başa çatıb və qadınlara bayram təbrikləri çatdırılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)