Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailə üzvləri ilə görüş keçirilib
Yerləşdirilmə tarixi : 06 Mart 2026 09:35
Sumqayıt Dövlət Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailə üzvləri ilə görüş keçirilib

 5 mart tarixində Sumqayıt Dövlət Universiteti-ndə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin şəhid ailə üzvləri ilə görüş təşkil olunub. Görüşdə çıxış edən SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov şəhid ailə üzvlərini salamlayaraq onları bayram münasibətilə təbrik edib. O, qadınların cəmiyyətdəki rolunun və əməyinin danılmaz olduğunu vurğulayaraq qadının ailədə və cəmiyyət həyatında xüsusi yer tutduğunu qeyd edib. Ə.Sadıqov çıxışında ana məhəbbətinin böyüklüyündən, qadının övladına olan sonsuz sevgisindən danışıb, Azərbaycan xalqının tarixən qadına, anaya və bacıya böyük hörmətlə yanaşdığını bildirib. Əminağa Sadıqov həmçinin Azərbaycan cəmiyyətində ailə dəyərlərinin xüsusi əhəmiyyət daşıdığını, sağlam və möhkəm ailə institutunun milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Ə.Sadıqov çıxışında qeyd edib ki, Azərbaycan xalqı üçün ən müqəddəs adlardan biri şəhid adıdır və Vətən uğrunda canını fəda edən qəhrəmanların xatirəsi hər zaman uca tutulur. O, dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Tədbirin sonunda şəhid ailə üzvlərinə bayram münasibətilə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az