Bursa Uludağ Universitetinin nümayəndələri Sumqayıt Dövlət Universitetində səfərdə olub
5 mart 2026-cı il tarixində Türkiyə Respublikasının Bursa Uludağ Universitetinin İnegöl İdarəetmə fakültəsinin dekan müavini, dosent Zerrin Fırat və həmin universitetin məzunu, “Zihin Kalemi Konsultasiya, Təlim və Tədqiqat” şirkətinin təhsil direktoru Elif Esra Bilici Sumqayıt Dövlət Universitetinə səfər ediblər. Qonaqlar universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Loğman Abdullayev, Biznesin idarə edilməsi kafedrasının müdiri, dosent Qalib Hüseynov, Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri Aysel Eminova ilə görüş keçiriblər. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında akademik əməkdaşlıq imkanları, birgə elmi-tədqiqat layihələri, həmçinin beynəlxalq təhsil təşəbbüsləri çərçivəsində mümkün tərəfdaşlıq istiqamətləri müzakirə olunub. Görüş çərçivəsində qonaqlar İqtisadiyyat və idarəetmə fakültəsində keçirilən bir neçə dərs prosesində iştirak edərək tədris mühiti ilə yaxından tanış olublar. Onlar tələbələrlə interaktiv müzakirələr aparıb, Türkiyədə ali təhsil sistemi, karyera inkişafı və beynəlxalq təhsil imkanları barədə məlumat verib, həmçinin tələbələrin suallarını cavablandırıblar. Səfər zamanı qonaqlar universitetin infrastrukturu, auditoriyaları və tədris mühiti ilə tanış olublar. Onlar həmçinin Heydər Əliyev Mərkəzini ziyarət edərək burada nümayiş olunan eksponatlar və mərkəzin fəaliyyəti haqqında məlumat əldə ediblər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)