Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU- da xanım tələbələr arasında“Zərif Zəka” adlı intellektual yarış keçirilib
Yerləşdirilmə tarixi : 06 Mart 2026 12:14
SDU- da xanım tələbələr arasında“Zərif Zəka” adlı intellektual yarış keçirilib
Bu günlərdə dünyanın hər yerində olduğu kimi, Sumqayıt Dövlət Universitetində də Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər təşkil edilir. Martın 5-də Sumqayıt Dövlət Universitetinin Kitabxana İnformasiya Mərkəzində SDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xanım tələbələr arasında “Zərif Zəka” adlı intellektual yarış keçirilib. Yarışdan öncə SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək xanım tələbələri əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edib. Qeyd edib ki, Azərbaycan qadını cəmiyyətdə xüsusi mövqeyə malikdir. O, mehriban ana, qayğıkeş həyat yoldaşı və müxtəlif sahələrdə, dövlət idarəçiliyində məsul vəzifələri ləyaqətlə icra edən şəxsdir. Əminağa Sadıqov onu da vurğulayıb ki, yaxşı təhsil almaq, oxuduğu universitetdə qazanılan bilik və bacarıqlar insanı ömür boyu müşahidə edir. Bu biliklər sayəsində dünyagörüşünüz genişlənir, intellektual səviyyəniz formalaşır. Məhz bunun nəticəsidir ki, məzunlarımızın son nailiyyətləri yüksək səviyyədə qiymətləndirilir və bu da universitetimiz üçün böyük qürur mənbəyidir. O, çıxışının sonunda yarışda iştirak edən xanım tələbələrə uğurlar arzulayıb və onların gələcək fəaliyyətlərində nailiyyətlər diləyib. Sonra THİK-in sədri Elmin Novruzlu çıxış edərək yarışın şərtləri və qaydaları barədə iştirakçılara məlumat verib. Bildirib ki, üç mərhələdən və hər mərhələ12 sualdan ibarət olan intellektual yarışda 7 komanda iştirak edib. Daha sonra yarışa start verilib. Gərgin və maraqlı rəqabət mühitində keçən yarışda Tarix və coğrafiya fakültəsinin komandası I, Magistratura komandası II, İqtisadiyyat və idarəetmə fakültəsinin komandası III yerin qalibi olublar. Sonda qalib komandalara kubok, fəxri fərman və hədiyyələr təqdim edilib. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az