Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Minifutbol komandamız “Novruz kuboku”nun qalibi olub
Yerləşdirilmə tarixi : 06 Mart 2026 14:24
Minifutbol komandamız “Novruz kuboku”nun qalibi olub
 Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Novruz kuboku” regional futzal turnirinə yekun vurulub . Turnir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə keçirilir. Qeyd edək ki, cənub bölgəsi üzrə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində təşkil olunan oyunlarda Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Şamaxı Dövlət Regional Kolleci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin komandaları mübarizə aparıb. Keçirilən oyunların nəticələrinə əsasən, Sumqayıt Dövlət Universitetinin komandası I yerə layiq görülüb. Martın 6-da Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov komandanı qəbul edərək onları qələbə münasibətilə təbrik edib.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az