Tarixçilər “Vətən tariximizdə qadınların rolu” mövzusunda elmi seminar keçiriblər
Martın 6-da Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Vətən tariximizdə qadınların rolu” mövzusunda elmi seminar keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və respublikanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, ardınca isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev açaraq bildirib ki, Azərbaycan qadınları tariximizin bütün mərhələlərində xalqımızın taleyüklü məsələlərinin həllində mühüm rol oynamış, cəmiyyətin inkişafına dəyərli töhfələr vermişlər. Adil Baxşəliyev çıxışında qadın siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, bu gün gender bərabərliyinin təmin olunması Azərbaycan dövlətinin əsas ictimai-siyasi prioritetlərindən biridir. Ölkədə qadınların cəmiyyətdə rolunun gücləndirilməsi və gender siyasətinin inkişafı məqsədilə ardıcıl dövlət tədbirləri həyata keçirilir. Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın hüquqları və sosial məsələlərin həllində mühüm rol oynayır. Seminarda Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov “Azərbaycan tarixində qadınların dövlətçilik, ictimai-siyasi və mədəni həyatın inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan tarixində qadınlar hər zaman cəmiyyətin mühüm dayaqlarından biri olmuşlar. Onlar müxtəlif dövrlərdə dövlətçilik ənənələrinin qorunması, ictimai-siyasi proseslərin formalaşması və mədəni irsin inkişafında fəal iştirak etmiş, öz fəaliyyətləri ilə xalqımızın tarixində silinməz iz qoymuşlar. Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Ellada Zərgərova “Müasir Azərbaycan gənc qadınlarının cəmiyyət həyatında rolu” mözusunda çıxış edib. Çıxışlardan sonra seminar mövzu ətrafında aparılan müzakirələrlə davam edib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)