Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində fakültələrarası voleybol yarışı uğurla başa çatıb
Yerləşdirilmə tarixi : 17 Mart 2026 16:26
Sumqayıt Dövlət Universitetində fakültələrarası voleybol yarışı uğurla başa çatıb
 Martın 17-də Sumqayıt Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan fakültələrarası voleybol yarışı uğurla başa çatıb. Yarış universitetin Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun birgə təşəbbüsü ilə həyata keçirilib. Tədbiri Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov açaraq iştirakçıları universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun adından salamlayıb və onları qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib. Bildirib ki, belə idman yarışları tələbələr arasında sağlam həyat tərzinin formalaşmasına xidmət etməklə yanaşı, “sağlam bədəndə sağlam ruh olar” prinsipini təşviq edir, eyni zamanda sağlam rəqabət mühitinin yaranmasına və gənclərin komanda ruhunda inkişafına töhfə verir. Martın 7-də start götürən turnir gərgin və maraqlı qarşılaşmalarla yadda qalaraq uğurla başa çatıb. Yarışın yekun nəticələrinə əsasən, ən yüksək nəticəni göstərən Mühəndislik fakültəsi birinci yerə yüksəlib. Tarix və coğrafiya fakültəsi uğurlu çıxışı ilə ikinci yerə, Riyaziyyat fakültəsi isə üçüncü pillədə qərarlaşıb. Sonda qalib komandalar sertifikatlarla təltif olunublar.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az