Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU tələbələri Cəlilabadda aqrar sahədə süni intellektin tətbiqinə həsr olunmuş “Bootcamp” proqramında uğurla iştirak ediblər
Yerləşdirilmə tarixi : 31 Mart 2026 12:53
SDU tələbələri Cəlilabadda aqrar sahədə süni intellektin tətbiqinə həsr olunmuş “Bootcamp” proqramında uğurla iştirak ediblər
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin Peşə Təhsili Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində bu ilin ilk “Bootcamp” proqramı baş tutub. “Bootcamp” tədbirində ölkənin 20-yə yaxın ali təhsil müəssisəsi, Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzindən 40 startapçı iştirak edir. Proqram çərçivəsində iştirakçılara Akselerasiya və İnkubasiya Mərkəzləri, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən təqdimatlar keçirilib. Eyni zamanda, Cəlilabad rayonunda yerləşən müasir təsərrüfat və müəssisələrə infoturlar təşkil edilib, proqram iştirakçılarına kənd təsərrüfatında innovativ həllərin real mühitdə öyrənilməsi, texnoloji yeniliklərlə yerində tanışlıq və təcrübə qazanmaq imkanı yaradılıb. Bu möhtəbər startap sərgisində Sumqayıt Dövlət Universitetinin İnnovasiya Yaradıcılıq Mərkəzinin startapçıları, Mühəndislik Fakültəsinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 2-ci kurs tələbələri, Bağırov Rəşid və Əhmədov Aydın iştirak etmişdilər. Bu sərgidə təqdim edilən “Kanal suyunu təmizləyən mobil qurğu” layihəsinin konstruksiyası və proqram vasitəsi sərgidə böyük marağa səbəb oldu. Sərgidə SDU-nun tələbələri layihəni izah edərkən, Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emi Əmrullayevi və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərovu maraqlandıran suallara dəqiq cavab verdilər. 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az