Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fizika və elektroenergetika fakültəsi üzrə elmi konfrans keçirildi
Fizika və elektroenergetika fakültəsi üzrə elmi konfrans keçirildi

Tələbə Elmi Cəmiyyətinin aprelin 14-də təşkil etdiyi konfransı giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov açaraq  universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, qazanılan uğurlar haqqında danışdı. Yaradılan əlverişli mühit nəticəsində tələbələrin yüksək elmi vərdişlərə yiyələndiyini qeyd edən prorektor  bu kimi elmi konfransın tələbələrin gələcək elmi fəaliyyətlərində əhəmiyyətli rol oynayacağını qeyd etdi. Professor Ramazan Məmmədov universitetin rektoru, professor  Elxan Hüseynovun salamını çatdıraraq konfransın işinə uğurlar arzuladı.
TEC-in Elmi rəhbəri, dosent İslam Paşayev çıxışı zamanı artıq ənənəyə çevrilmiş və ildən-ilə daha çox elmi –tədqiqat işləri ilə məşğul olan  tələbələrin böyük həvəslə cəlb olunduğu konfransın bu il də uğurlu və məhsuldar keçəcəyini bildirdi. Tələbələrin elmi fəaliyyətinin inkişafı üçün  yardılan şəraitə görə rektor, professor Elxan Hüseynova təşəkkür etdi.  Qeyd etdi ki, universitetimizdə  tələbələrin elmə olan marağının artırılması, elm sahəsində uğurlar əldə edə bilməsi, onların elmi fəaliyyətlə məşğul olmasına geniş imkan yaradılıb.  Tələbələr elmi-tədqiqat və yaradıcılıq işləri ilə universitet, respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi konfrans, seminar, fənn olimpiadaları, müsabiqə və yaradıcı layihələrdə iştirak edirlər. Dosent İslam Paşayev  bildirdi ki, tək  Fizika və elektroenergetika fakültəsindən 8 tələbəmizin məqaləsi xarici ölkədə çap olunub. Tələbələrin sərbəst elmi yaradıcılığa cəlb edilməsi, yüksəkixtisaslı mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədi ilə universitetdə mütəmadi olaraq konfranslar təşkil edilir.
TEC-in Fizika və elektroenergetika fakültəsi üzrə rəhbəri Samir Orucov Tələbələrin elmi yaradıcılıq qabiliyyətinin aşkara çıxarılması və fəaliyyətinin stimullaşdırılması məqsədilə  keçirilən konfransların əhəmiyyətini vurğuladı. Tələbələrin elmi işlərə marağının sürətlə artdığını diqqətə çatdıran dosent Samir Orucov kafedra və dekanlıqların bu sahədə fəaliyyətini müsbət qiymətləndirdi. Bildirdi ki, son illər fakültələr üzrə elmi tədqiqat işlərinin artım dinamikası sürətlə inkişaf etmişdir. Respublikamızı yüksək səviyyədə xarici ölkələrdə təmsil etmək, elmi inkişaf etdirmək istiqamətində gənc tələbələrimiz yüksək nəticələr əldə edirlər.
Sonra tələbələr Tofiq Adıgözəlovun, Ülviyyə Məmmədovanın, Firəngiz Əhmədovanın  müxtəlif mövzularda məruzələri  dinlənildi.
Konfrans öz işini bölmə iclaslarında davam etdirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az