Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Magistratura, doktorantura və elm şöbəsinin təlimləri davam edir
Yerləşdirilmə tarixi : 09 Aprel 2026 16:02
SDU-da Magistratura, doktorantura və elm şöbəsinin təlimləri davam edir
Sumqayıt Dövlət Universitetinin (SDU) beynəlxalq və regional reytinqlərdə yüksək nəticələr əldə etməsi alimlərimizin elmmetrik göstəricilərinin mütəmadi olaraq artmasıdır. Bu fikirlər aprelin 9-da Mühəndislik fakültəsi əməkdaşları üçün Magistratura, doktorantura və elm şöbəsinin təşkilatçılığı ilə “Scopus və Web of Science beynəlxalq elmi-istinad bazalarında araşdırma imkanları və mükəmməl istifadə bacarıqları” mövzusundakı təlimdə səsləndirilib. Mart ayının 16-dan Riyaziyyat, Təbiət elmləri fakültələrinin əməkdaşları üçün təşkil olunan təlimlərdə professor-müəllim heyətinin “Scopus” (“Elsevier” şirkəti”) və “Web of Science”nin (“Clarivate” şirkəti) beynəlxalq elmmetrik və elmi istinad bazalarında aktivliyin nəticələri açıqlanıb. Həmçinin qeyd olunub ki, yeni dövrün elmi nəticələri ilə tanış olmaq, eləcə də beynəlxalq platformalarda fəallığı inkişaf etdirmək, akademik məhsuldarlığı artırmaq məqsədilə keçirilən silsilə təlim və tədbirlər davam edəcək.
Tədris ilinin sonunadək keçiriləcək təlimlərdə elmi tədqiqat mövzularına uyğun yüksək impakt-faktorlu jurnalların seçilməsi, məqalələrin beynəlxalq tələblərə uyğun hazırlanması, onların elmi jurnallara təqdim edilməsi, elmi etika qaydalarına riayət olunması və digər mövzuların müzakirəsi davam edəcək.
Növbəti təlimlər Tarix və cografiya, İqtisadiyyat və idarəetmə və Filologiya fakültələrinin əməkdaşlarının iştirakı ilə keçiriləcək. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az