Aprelin 8-də Təbiət Elmləri fakültəsinin 374-cü qrup biologiya müəllimliyi ixtisasında təhsil alan tələbələr Biologiya kafedrasının baş müəllimi, Aysel Ağayevanın rəhbərliyi ilə Baytarlıq Elmi Tədqiqat İnstitutunda olmuşlar. Tələbələr burada quş xəstəlikləri, parazitologiya, virusologiya və immunologiya, balıq və arı xəstəlikləri şöbələrilə tanış olmuşlar. İnstitutun direktoru dosent Siyalə Rüstəmova, direktor müavini dosent Səhman Bayramov tələbələri qarşılayaraq onlara BETİ haqqında ətraflı məlumat vermiş, onları laboratoriyalarda aparılan tədqiqat işlərilə tanış etmişlər. Həmçinin tələbələr institutun nəzdində fəaliyyət göstərən Baytarlıq Klinikasını da ziyarət etmişlər. Burada heyvanlar üçün nəzərdə tutulmuş, ən son avadanlıqlarla təchiz olunmuş karantin, stasionar, terapiya, toksikologiya, dermotologiya, oftalmologiya, cərrahiyyə, USM, rentgen, biokimya laboratoriyası ilə də yaxından tanış olmuş, heyvanların müayinə və müalicə prosesini izləmişlər.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)