Fakültələrarası stolüstü tennis üzrə qaliblər müəyyənləşdi
Sumqayıt Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində fakültələrarası idman yarışlarına start verilib. Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun birgə təşkilatçılığı ilə aprelin 11-də universitetin və Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrindən ibarət 7 komandanın iştirakı ilə stolüstü tennis yarışı keçirilib. Beynəlxalq qaydalara uyğun təşkil olunan və üç turdan ibarət olan yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Yarışın nəticələrinə əsasən I yerə Təbiət elmləri fakültəsinin komandası, II yerə Riyaziyyat fakültəsinin komandası, III yerə isə Mühəndislik fakültəsinin komandası layiq görülüb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)