Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Zəkanın Gücü: SDU-da intellektual bilik yarışı keçirildi
Yerləşdirilmə tarixi : 13 Aprel 2026 16:52
Zəkanın Gücü: SDU-da intellektual bilik yarışı keçirildi
Aprelin 11-də Sumqayıt Dövlət Universitetinin (SDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan intellektual bilik yarışının I mərhələsi keçirilib.
Tədbirin əsas məqsədi tələbələrin asudə vaxtını daha səmərəli və mənalı təşkil etmək, onların intellektual potensialını üzə çıxarmaq, bilik və bacarıqlarını inkişaf etdirmək, eyni zamanda Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmək olub.
Açılış mərasimində Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov çıxış edərək iştirakçıları salamlayıb, Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində göstərdiyi müstəsna xidmətlərdən bəhs edib. Vurğulayıb ki, Sumqayıt Dövlət Universitetində keçirilən belə maarifləndirici yarışlar gənclərin dünyagörüşünün genişlənməsində, onların milli ruhda formalaşmasında və Ulu Öndərin zəngin irsinin daha dərindən mənimsənilməsində mühüm rol oynayır. O, iştirakçılara uğurlar arzulayaraq turnirin yüksək səviyyədə keçəcəyinə inandığını ifadə edib. Daha sonra turnirə rəsmi olaraq start verilib və zəkaların maraqlı mübarizəsi başlayıb.
Ümumilikdə 3 mərhələdən ibarət olan turnirin ilk mərhələsində 12 komanda öz biliklərini sınayaraq, çevik düşüncə və komanda ruhu nümayiş etdiriblər. Qeyd edək ki, turnirin növbəti mərhələləri 25 aprel və 9 may tarixlərində keçiriləcək. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az