Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Zərifə Əliyevanın həyat yolu” mövzusunda elmi-praktik seminar
Yerləşdirilmə tarixi : 13 Aprel 2026 17:12
SDU-da “Zərifə Əliyevanın həyat yolu” mövzusunda elmi-praktik seminar
Aprelin 13-də Sumqayıt Dövlət Universitetində (SDU) Tarix və coğrafiya fakültəsi Tarix, coğrafiya və metodika kafedrasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı, görkəmli oftalmoloq alim, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın xatirəsinə həsr edilən “Zərifə Əliyeva: Parlaq ömür, əbədi xatirə” mövzusu üzrə elmi-praktik seminar keçirildi. Seminarı Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev açaraq görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın elmi-humanitar fəaliyyəti barədə geniş məlumat verdi. O məlumatlarda keçən oftalmaloq alimin uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinə qarşı mübarizədə Zərifə xanımın fədakar əməyi vurğulanırdı. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın elmi və ictimai fəaliyyəti ilə yanaşı, ailə ənənələrini qoruyan övlad, sədaqətli həyat yoldaşı və ana kimi xalqımızın yaddaşında qaldığı bildirildi. Fakültə dekanı, Zərifə xanımı Vətənimizə Azərbaycan Respublikasının suverenliyini bütün ölkə ərazisində bərqərar edən Prezident İlham Əliyev kimi oğul verən Ana olaraq xalqımızın tarixində yaşayacağını qeyd etdi. Tarix, coğrafiya və metodika kafedrasının müdiri, dosent Sona Məhərrəmova “Zərifə Əliyevanın həyat yolu: Elm, humanizm və milli dəyərlərin vəhdəti”, fakültənin 3-cü kurs tələbəsi Zeynəb Əliyeva “Zərifə Əliyeva: Azərbaycan oftalmalogiyasının inkişafında elm irs və xidmətlər” mövzularında məruzələr təqdim etdilər. Sonda Zərifə xanım Əliyevaya həsr olunan videoçarx nümayiş etdirildi. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az